"Kart məhsulları və xidmətlərin inkişafı" şöbəsinin rəisi | Banco.az
Rabitəbank

"Kart məhsulları və xidmətlərin inkişafı" şöbəsinin rəisi

Vakansiya haqqında məlumat: 

Kart Biznesi departamentinin "Kart məhsulları və xidmətlərin inkişafı" şöbəsinin rəisi

Əsas vəzifələri:

*       Kart məhsullarının, xidmətlərinin inkişafı və satış prosesinin optimallaşdırılması;

*       Kart məhsullarının və xidmətlərinin yaradılması, modifikasiyası və satışı üzrə planların hazırlanması və onların yerinə yetirilməsini təmin etmək;

*       Kart məhsulları və nağdsız hesablaşmalar üzrə daxili və xarici bazarı təhlil etmək;

*       Kart biznesinin innovativ məhsul və texnologiyalarını təqdim və tətbiq etmək;

*       Fərqli müştəri seqmentləri üçün nəzərdə tutulan kompleks məhsullar hazırlamaq və təqdim etmək;

*       Şöbənin fəaliyyətinə dair metodologiyanın hazırlanmasını və tətbiqini təmin etmək;

*       Bankın Müştəri xidməti strukturları tərəfindən edilən satışlara dəstək və nəzarət.

 

Namizədə olan tələblər:

*       Ali təhsil

*       Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;

*       İdarəetmə və liderlik qabiliyyəti;

*       Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;

*       Strateji düşünmə və davranma qabiliyyəti;

*       Yüksək təqdim etmə və kommunikasiya qabiliyyəti;

*       Komandada işləmək bacarığı;

*       Azərbaycan dilini səlis, rus və ya ingilis dillərini yüksək səviyyədə bilməsi.

 

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.

Əlaqə vasitələri:

E - mail :  career@rabitabank.com 
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33