"Kapital Bank" 74 mln. manata yaxın mənfəət əldə edib | Banco.az

"Kapital Bank" 74 mln. manata yaxın mənfəət əldə edib

"Kapital Bank" ASC 2017-ci ilin sentyabr ayının 30-na olan maliyyə nəticələrini açıqlayıb.

Sözügedən dövrdə bankın cəmi aktivlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7,77% artaraq 3,025 mlrd. manat olub, cəmi öhdəliləri isə 2,738 mlrd. manat təşkil edib.

Bankın aktivlərində kredit portfeli 1,24% artaraq 1,220 mlrd. manata çatıb. Depozit portfeli isə 33,53% artaraq 2,238 mln. manat təşkil edib.

"Kapital Bank" məcmu kapitalı 287,671 mln. manat olub, bu göstərici isə Mərkəzi Bankın məcmu kapitala dair minimal tələbdən (50 mln. manat) təxminən 5,4 dəfə çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 13,2%-dir (min. 10%).

"Kapital Bank"-ın xalis faiz gəlirləri 131,830 mln. manat, əməliyyat mənfəəti isə 121,118 mln. manat olub. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına  47,648 mln. manat ayırmalar edib.

Bank üçüncü rübü 73,471 mln. mənfəətlə başa vurub. 15,834 mln. manat vergi ödədikdən sonra isə bankın xalis mənfəəti 57,636 mln. manat təşkil edib.