Bakı Ticarət Festivalı (“shopping festival”) ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə oktyabr ayının 15-dən etibarən 24 bankın 58 filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Festival dövründə ölkə vətəndaşları və qonaqların valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütüngünləri 24 saat, digərləriisə şənbə və bazar günləridə daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərəcək.
Festivalla əlaqədar olaraq həmçinin MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə əlaqədar ölkə vətəndaşları və qonaqlar MBNP-namüraciət edə bilərlər:
Əlaqələndirici şəxs: Vüsal Həsənov
Email: vüsal.hasanov@fimsa.az
Tel: (+994) 12 493 50-58 (daxili 429)
Mob: (+994) 55 294 00 05
Festival zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirənbankların filial və şöbələrinin siyahısıMBNP-nin rəsmi internet səhifəsində yerləşdirilmişdir.
Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.azsaytı və [email protected]elektron poçt ünvanına müraciət edə bilərlər.