Cavid Qurbanov: "Bakı-Tbilisi-Qars dəmir yolu tam hazırdır" | Banco.az

Cavid Qurbanov: "Bakı-Tbilisi-Qars dəmir yolu tam hazırdır"

Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinə böyük diqqət yetirilir. Belə ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun inşası artıq yekunlaşır. Bu ayın sonunda dəmir yolunun istismara verilməsi nəzərdə tutulub".

Bunu Bakıda keçirilən "Argus Azərbaycan Beynəlxalq Neft Sammiti 2017" adlı tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC -nin (ADY) sədri Cavid Qurbanov bildirib.

Ən sərfəli kredit üçün müraciət et

"Bu layihə tariflərin aşağı düşməsinə, sərf edilən vaxtın azalmasına şərait yaradacaq. Layihənin Gürcüstan və Türkiyə seqmentində işlər artıq yekunlaşıb. Yol artıq tam hazırıdır, bütün sınaqlar həyata keçirilib",- deyə C. Qurbanov əlavə edib. 

Mənbə: Report.az