Azərbaycan Mərkəzi Bankı 200 mln. manat cəlb edi | Banco.az

Azərbaycan Mərkəzi Bankı 200 mln. manat cəlb edi

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.

“Report” AMB-yə istinadən xəbər verir ki, hərracda 200 mln. manat cəlb edilib.

Tələb isə bundan 2,87 dəfə çox - 574 mln. manat olub.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.