AFB Bank
Uyğunluq (PL/TMM) şöbəsinin rəisi
Vakansiya haqqında məlumat:
RİSKLƏRİN İDARƏ EDİLMƏSİ DEPARTAMENTİ
Vəzifə: Uyğunluq (PL/TMM) şöbəsinin rəisi
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlıküç. 112 (Mərkəzi ofis)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- PL/TMM ilə mübarizə sahəsində ən azı 3 il iş təcrübəsi;
- Dərin analitik bacarıqlar, böyük baza ilə işləmək qabiliyyəti;
- Bank qanunvericiliyi, PL/TMM üzrə milli qanunvericilik, beynəlxalq standartlar və tələblər sahəsində dərin bilik,;
- Bank fəaliyyəti və risklərin idarə edilməsi sahəsində bilik;
- Yüksək səviyyədə Azərbaycanvə İngilis dili bilikləri;
- Güclü MS Office – Excel bilikləri, xml formatında hesabatların tərtibi bacarığı;
- Məsuliyyət, kreativlik, operativlik, komandada və gərgin iş rejimində işləmək bacarığı.
İŞİN TƏSVİRİ:
- PL/TMMqarşısının alınması üzrə daxili nəzarət proqramlarının tətbiq edilməsi;
- Bankın departament və filiallarında çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin qarşısını almaq üçün daxili nəzarət üzrə monitorinqin həyata keçirilməsi;
- Bankın və nəzarət tənzimləyici orqanlarının tələblərinə əsasən hesabatların hazırlanması, təhlili və təqdim edilməsi;
- Əməliyyat və iştirakçıların yoxlanılması, şübhəli əməliyyatların müəyyən edilməsi və gələcəkdə bu növ əməliyyatların qarşısının alınması daxil olmaqla PL/TMM qarşısının alınması üzrə department və filialların işinin təşkili və nəzarət etmək;
- Bankın şöbələri və filiallarından alınan şübhəli və qeyri-adi əməliyyatlar barədə məlumatların araşdırılması və təhlilin həyata keçirilməsi;
- Bank əməkdaşlarına PL/TMM daxili nəzarət həyata keçirilməsi üzrə təlimlərin keçirilməsi və əməkdaşların dövrü bilik səviyyəsininqiymətləndirilməsi;
Qeyd: Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Uyğunluq şöbəsinin rəisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
Müraciət üçün son tarix – 20 oktyabr 2017-ci il.