Maliyyə Monitorinqi şöbəsinin (AML, Compliance) mütəxəssisi
Əsas vəzifələri:
•         Xml formatında hesabatların tərtibi; 
•         Xarici müxbir banklar tərəfindən daxil olan sorğuların cavablandırılması; 
•         Əməkdaşlıq etdiyimiz banklar ilə Özünüqiymətləndirmə sorğu vərəqələrinin qarşılıqlı mübadiləsi;
•         CRS və FATCA hesabatlarının hazırlanması;
•         Verilən digər tapşırıqların icra edilməsi.
Namizədə tələblər:
•         Ali təhsil;
•         Yaş həddi 22-30;
•         Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında  Azərbaycan Respublikasının Qanunu haqqında biliklərin olması;
•         Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
•         Kompüterdən istifadə etmək bacarığı , “MS Office”;
•         XML üzrə biliklərin olması arzuolunandır;
•         Bank əməliyyatları (müxabirləşmələr) haqqında anlayışın olması; 
•         Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
•         CRS və FATCA haqqında ümumi anlayışın olması;
•         Verilmiş tapşırıqları vaxtında yerinə yetirmek bacarığı;
•         Azərbaycan, Rus, İngilis dilində sərbəst danışmaq bacarığı;
•         AML (Compliance) sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
CV-lərinizi mövzu sətrində vakansiyanın adını (AML üzrə mütəxəssis) qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
