Satış nümayəndəsi | Banco.az

Satış nümayəndəsi

Vakansiya haqqında məlumat: 

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik! 

Satış nümayəndəsi

  • Satış həcminin artması ilə bağlı Şirkət aşağıdakı tələblərə cavab verən namizədlər axtarır: 

Namizədə tələblər

  • Yaş: 18-30 arası
  • Təhsil: mütləq deyil
  • İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində təcrübəsi olanlara üstünlük verilir

Əsas vəzifə öhdəlikləri:  

  • Müəyyən edilmiş satış məntəqələrində məhsulların təqdimatını və satşını həyata keçirmək;
  • Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
  • Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
  • Birbaşa rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

İş şərtləri

  • İş vaxtı: 10:00 - 18:00
  • İş günü: 6 günlük 
  • Qazanc satış nümayəndəsinin fərdi satış bacarığından və satş həcmindən asılı olaraq 400 -1000 AZN arasındadır

Məlumatlandırıcı qeydlər

  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
  • Məktubun mövzu bölməsində, vakansiyanın adını MÜTLƏQ qeyd edin

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər.

Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Satış nümayəndəsi göstərməyiniz xahiş olunur. 

Şirkət: 
Atəşgah Sığorta