“İdeal Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) direktoru Elman Ağrılı vəzifəsindən azad edilib.
Hazırda BOKT-a Qubad Qubadov rəhbərlik edir.
O, həm də “İdeal Kredit”in 75% payla təsisçisidir. BOKT-un digər 25%-lik təsisçisi isə Xuraman Qubadovadır.
Xatırladaq ki, “İdeal Kredit” 2003-ci ildə “Ümid Kredit” adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə adını “Finans Texnoloji”yə dəyişib, 2014-cü ildə isə səhmdarlarının dəyişməsi ilə əlaqədar yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 646,7 min manatdır.
Mənbə: Report.az