TAP (Trans-Adriatik Boru Kəməri) konsorsiumuna yeni əməliyyatlar direktoru təyin edilib.
Bu barədə konsorsium məlumat yayıb.
TAP-ın yeni əməliyyatlar direktoru vəzifəsini Rikardo Ruiz Nunyes icra edəcək.
Yeni əməliyyatlar direktoru “Enagas” şirkətinin müxtəlif müəssisələrində çalışıb və əməliyyat strategiyaları üzrə 20 ilə yaxın təcrübəsi var. O, TAP-a təyin olunmazdan əvvəl Peruda “Compania Operadora de gas del Amazonas”da baş əməliyyatlar müdiri vəzifəsində çalışıb.
Mənbə: Report.az