Üz tanıma funksiyası apple bazarını böyüdəcək | Banco.az

Üz tanıma funksiyası apple bazarını böyüdəcək

“TrendForce” şirkətinin analitikləri cari ilin nəticələrinə əsasən “iPhone” smartfonlarının satış proqnozunu açıqlayıb. 

Bu il “Apple” 227,5 milyon ədəd smartfon sata biləcək. Bu isə 2016-cı ildəki göstəricidən 5,6 faiz çoxdur.

Bununla belə, ümumilikdə smartfon bazarı 4,8 faiz artaraq 1,4 milyard cihaza çatacaq. Yəni “Apple”in artımı ümumilikdə bazarın artımını 1 faizlik bənddən artıq üstələyəcək.

Bundan başqa, analitiklər hesab edirlər ki, “iPhone X” smartfonunda üz tanıma funksiyasına aid olan 3D skaner olması bazarı daha da böyüdəcək. 2020-ci ildə belə texnologiyalar seqmenti 14 milyard dollara qədər artacaq. Ancaq bu ilin sonuna qədər bu bazarın həcmi cəmi 1,5 milyard dollara çatacaq.

Mənbə: lent.az