Ali Ağaoğlu: “Öz işimi qurmaq qərarını verəndə simit almağa belə pulum yox idi” | Banco.az

Ali Ağaoğlu: “Öz işimi qurmaq qərarını verəndə simit almağa belə pulum yox idi”

Milyarder türk iş adamı Ali Ağaoğlunun Habertürk kanalına verdiyi müsahibəni təqdim edirik:

– Bəziləri sizi xalqa yaxın bəziləri isə həyat tərzinizə görə tamamilə oliqarx milyarder kimi görür. Siz özünüzü necə görürsünüz?

– Onu söyləyə bilərəm ki mən özümü tamamilə xalqa yaxın biri kimi görürəm. Demək olarki hər zaman xalqın içindəyəm. Bir dəfə bahalı restoranda yemək yeyirəmsə, 10 dəfə 2000 insanın arasında işçilərimin yediyi yeməkdən yeyirəm. Məsələn keçən dəfə gecə saat 12-də iş yerimə getdim və yük maşını sürən sürücülərlə birlikdə çay və qəhvə içdim. Bundan daha çox ləzzət alıram. Məni xalqdan uzaq görən insanları da qınamıram. İnsanlar əksər hallarda varlı insanları köhnə türk filmlərindəki pis xarakerli milyarderə bənzədirlər. İnsanların gözündəki bu stereotipi qıran zəngin insan kimi rəhmətlik Sakıp Sabancını misal göstərə bilərəm.

Image result for ali ağaoğlu

– Artıq inşaat sektorundan başqa yatırımlarınız da var. Sizi ən çox həyəcanlandıran sektor hansıdır? Bir gün medya sahibi və ya hansısa klubun prezidenti olmaq istərdinizmi?

– Mən 10 dəfə də dünyaya gəlsəm yenə də inşaatçı olardım. Demək olar ki ibtidai məktəbdən bəri inşaatçılıqla məşğul oluram. İnşaat işi mənim üçün tamam başqa bir dünyadır. İnsanlar üçün yaşayacaqları yeri inşa etmək məni çox həyəcanlandırır. Ancaq bununla belə gələcəyin iş sektorlarından biri kimi enerji sektorunu görürəm. Medya sektoru isə onsuz da hamısı bizimdir və o sektora girmək istəmirəm. Heç bir kluba da üzv deyiləm. Həyatımın 75 faizi işdən ibarətdir. Hobbilərim isə çox azdır.

– Universitet tələbələrinə gələcəkdə özlərini inkişaf etdirmələri və uğurlu olmaları üçün nə kimi tövsiyyələr edərdiniz?

– Təbii ki, hazırda təhsil hər şeydən öndədir. Ancaq təhsili sadəcə məktəbdə və universitetdə almağı düşünməsinlər. Mütləq təhsil alan zaman öz işləri ilə bağlı təcrübə keçsinlər. İndiki gənclərin oxuma vərdişi azdır. Gündəlik olaraq ən azı 5 qəzetin iqtisadi və siyasi xəbərlərini oxumaları lazımdır. Mən 1954-cü ildə doğulmuşam. Yəni o qədər də qoca deyiləm.  Bizim gəncliyimizdə sadəcə məktəb və ailə təhsili var idi. Ancaq artıq hər hansı məlumatı əldə etmək çox asandır. Günlük hadisələrin, həyatın, sənətin və siyasətin içində olmaları lazımdır.

– Əksər hallarda özəl həyatınızla medyada yer alırsınız, bu sizi və ailənizi rahatsız etmirki?

– Bu mövzuda onu söyləyə bilərəmki, mən çox gəzən və ya 3 gün üst-üstə tətil edən bir insan deyiləm. Bəlkə həftədə bir və ya iki dəfə tətil edərəm. Ancaq hər dəfə tətil edəndə bunu mənim hər gün tətil etdiyim kimi qələmə verirlər. Qətiyyən elə deyil. Mən açığı bundan rahatsız deyiləm. Artıq 15 ildir ki həyat yoldaşımdan ayrılmışam. Sevgilim də var və onunla restoranlara gedirəm. Əgər mən bir insanla restorana gedirəmsə heç kimdən gizlətmərəm. Kimin nə yazacağı mənim üçün maraqlı deyil. Heç bir zaman yalnış addım atmamışam. Nə iş həyatımda nə də özəl həyatımda. Mən kiməmsə oyam.

Ən sərfəli kredit üçün müraciət et

– Pul sizin üçün nələrin ölçüsüdür?

– Mənim atam da varlı insan idi. Zənginlik içində böyümüşəm. BMW avtomobilim var idi. İşimin başında idim özü də yaxşı işləyirdim. Orta məktəbdə idman zalının inşaat edilməsi üçün tender elan edildi və mən qazandım. Ancaq atamın yanından ayrılıb öz işimi qurmaq qərarını verəndə cibimdə simit almağa belə pulum yox idi. Həmin vaxtlarda pulsuzluğun nə olduğunu yaxşı anlamışdım. Sonra özümü sübut etmək üçün işləyib qazanmaq istədim. Əhatə dairəm də geniş idi. Banklardan pul götürüb ərazi alıb satmağa çalışırdım ancaq atam onun yanında işləməyimi daha çox istəyirdi. Ancaq mən yolumdan dönmədim. Çalışıb qazandım. Ondan sonrakı həyat düsturum etdiyin işi bacarsan onun ardınca pul da gələcək. Bir atanın ən çox qürurlandığı şey oğlunun onu üstələməsidir.

– Həyatınızda ən vacib 3 şey nədir?

– İlk öncə övladlarım, ölkəm və işim…

– Həyatdakı ən böyük uğurunuz nədir?

– Məni qürurlandıram bir şey etdiyimi düşünmürəm. Gələcəkdə ola bilər. İşləməyi, həyatı və insanları sevirəm. Əgər mənim varlığımın cəmiyyətə bir faydası yoxdursa Allah mənə o varlığı verməsin. İnsanlara bir şəkildə faydam varsa, kimlərəsə iş yeri təmin edə bilirəmsə bu mənim üçün ən böyük xoşbəxtlikdir.

– Qadınların və avtomobilin Ali Ağaoğlunun həyatındakı yeri nədir?

– Qadınlar olmasa həyat çox maraqsız olardı. Qadınsız bir həyat düşünmək çətindir. Hər şeydən öncə analarımız var. Dediyim kimi həyatda çox hobbisi olan insan deyiləm. Tək marağım avtomobillərdir. Avtomobili də özüm idarə edirəm, sürücüm arxada oturur. Ümumi olaraq bahalı avtomobilləri sevirəm.

– Bir ayda nə qədər pul xərcləyirsiniz?

– Pul qazanmağı çox yaxşı bacarıram ancaq xərcləməyi elə də yox. Saat 7-də oyanıram. İşə çayçıdan qabaq gəlib, hamıdan gec çıxıram. Geyim və avtomobildən başqa demək olar ki, heç bir şeyə pul xərcləmirəm.

– Ən sevdiyiniz kitab hansıdır?

–  Bir kitab yox çox kitab sevmək lazımdır. Rəhmətlik Sakıp Sabancının, Vehbi Koçun həyatını oxumaq lazımdır. Çox səmimi deyirəm mənim də vaxtım olmur ancaq gənclərin oxuması mütləqdir. Bir neçə ildən sonra mən də öz bioqrafiyamı yazdıracam.

– Ən sevdiyiniz söz?

– Ya olduğun kimi görün ya da göründüyün kimi ol…

– Liderlik haqqında fikirləriniz nədir?

– Liderliyin ən önəmli ünsürü təşəbbüskarlıqdır. Ancaq hər təşəbbüskar liderdir deyilən bir şey yoxdur. Təşəbbüskarlıq etmək isə liderliyin ilk addımıdır. Türkiyədə bu mövzu bir qədər zəifdir. Bunun artması lazımdır. Mən gəncləri təşəbbüskarlıqda dəstəkləyirəm!

Image result for ali ağaoğlu