Ekspertlər: “Apple”ın “ağıllı” eynəkləri satış rekordları əldə edəcək | Banco.az

Ekspertlər: “Apple”ın “ağıllı” eynəkləri satış rekordları əldə edəcək

İT bazarının mütəxəssisləri “Apple” korporasiyasının “ağıllı” eynəklərinin satış rekordları əldə edəcəyini proqnozlaşdırır.  
 
İKT.lent.az-ın “actualnews.org” saytına istinadən verdiyi məlumata görə, 2018-ci ildə cihazı əldə etmək imkanı yaranacaq.
 
Güman edilir ki, smart-eynəklər “iPhone”u da ötəcək və gələn il “Apple”ın ən populyar cihazı olacaq. Bəzi analitiklər əmindir ki, tərtibatçılar keyfiyyətli məhsul hazırlayıblar və smart-eynəklər “Apple Watch”u da geridə qoyacaq. Şirkət bu cihazdan ildə 25 milyard dollara yaxın pul qazana bilər. “Ağıllı” eynəklərin populyarlıq piki isə 2019-cu ilin ortalarına təsadüf edəcək.

Ən sərfəli kredit üçün müraciət et