Bank of Baku, İpoteka kreditləri üzrə şərtlərini daha da yüngülləşdirdi. İndi ev əldə etmək arzusunda olan şəxslər 100.000 AZN-dək İpoteka Kreditini güzəştli şərtlərlə minimal 20% İLKİN ÖDƏNİŞ etməklə əldə edə bilərlər.
Azərbaycan İpoteka Fondu tərəfindən ayrılan vəsaiti hesabına Bank of Baku tərəfindən təklif olunan İpoteka Kreditlərinin maksimal ÖDƏNİŞ MÜDDƏTİ 25 İL, İLLİK FAİZ DƏRƏCƏSİ 8% təşkil edir.
Kreditin rəsmiləşdirilməsi üçün tələb olunan ilkin sənədlər aşağıdakılardan ibarətdir:
- Şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti;
- Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;
- Yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;
- İş yerini və gəlirlərini təsdiq edən sənədlər.
Mənzil sahibi olmaq istəyən şəxslər https://e-ipoteka.az/ saytından qeydiyyat keçib, ərizə formasını doldurmaqla Bank of Baku-ya müraciət edə bilərlər.
Bank of Baku-nun təqdim etdiyi İpoteka krediti haqqında daha ətraflı məlumatı 145 Məlumat Mərkəzinə zəng etməklə və ya banka yaxınlaşmaqla əldə etmək olar.
Daha ətraflı:
145 Məlumat Mərkəzi