2017-ci ilin yarısında mənfəətdə və zərərdə olan BANKLAR | Banco.az

2017-ci ilin yarısında mənfəətdə və zərərdə olan BANKLAR

Bildiyimiz kimi hər bir şirkətin son məqsədi fəaliyyətinin nəticəsi olaraq mənfəət əldə etməkdi, elə bankların da. Nəzərə alsaq ki, 2015-2016cı illər Azərbaycan iqtisadiyyatı üçün çətin dönəmlər oldu, bu dönəmlər də öz təsirini ilk növbədə bank sektoruna göstərdi. Banklar zərərdən yaxa qurtara bilmədilər, bir neçə bank isə müflis elan olunaraq bağlandı. Bankların əksəriyyəti 2016-cı ili zərərlə başa vurdu.

2017-ci ilin hesabatlarına nəzər saldıqda isə görmək olur ki, banklar artıq çətin dönəmi tədricən geridə qoymağa və mənfəətlə işləməyə başlayıblar. Lakin bir sıra banklar hələ də zərərlə işləməyə davam edir.

Bankların 2017-ci ilin ilk yarımillik "Mənfəət və zərər" hesabatlarını araşdırdıq və onları xalis mənfəətinin həcminə görə sıraladıq. Hansı bankların mənfəətdə, hansı bankların zərərdə olduğunu bilmək istəyirsinizsə hazırladığımız siyahı ilə tanış ola bilərsiniz:

Bank

Xalis mənfəət

(manat)

Kapital Bank

40.758.100

Paşa Bank

13.531.000

Bank Avrasiya

8.888.600

Xalq Bank

5.171.954

Gunay Bank

4.473.830

ASB Bank

4.240.980

Yapı Kredi Bank Azərbaycan

3.286.000

VTB Bank Azərbaycan

3.091.770

Bank Silk Way

2.959.060

Expressbank

1.780.000

Ziraat Bankı

1.743.730

Atabank

1.692.320

Azər Türk Bank

1.430.748

NBC Bank

1.340.200

Unibank

1.094.000

Nikoil Bank

580.000

Rabitəbank

421.000

Muğanbank

238.730

AFB Bank

173.855

Bank BTB

122.000

Bank Respublika

-583.000

Turanbank

-948.000

AGBank

-1.575.430

Amrahbank

-2.984.318

Dəmirbank

-8.450.730

Bank of Baku

-26.041.000

AccessBank

-42.939.000

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Beynəlxalq Bank maliyyə hesabatlarını açıqlamadığı üçün siyahıda yer almayıb.