Prezident İlham Əliyev Vüqar Abdullayevin Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktorunun müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncama əsasən, Vüqar Rafik oğlu Abdullayev ADİF-in icraçı direktorunun müavini təyin edilib.
Fonda icraçı direktor təyin olunana qədər həmin vəzifənin icrası Vüqar Rafik oğlu Abdullayevə həvalə edilib.