İyun ayı ərzində 7036 daşınmaz əmlakın icbari sığortası müqaviləsi imzalanıb | Banco.az

İyun ayı ərzində 7036 daşınmaz əmlakın icbari sığortası müqaviləsi imzalanıb

2017-ci ilin iyun ayı ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 7036 sığorta müqaviləsi bağlanmışdır.

Banco.az portalı İSB-yə istinadən bildirir ki, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 2 808 636 manat təşkil etmişdir. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 5038-i yaşayış evləri və mənzillər, 22-i inzibati binalar, 1976-ı isə digər daşınmaz əmlakla bağlı olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında və sığorta haqlarının məbləğində müvafiq olaraq 40% və 33% azalma müşahidə edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Banco.az-ın verdiyi xəbərə əsasən hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 163, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 3 sığorta müqaviləsi bağlanılmışdır.

Hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti (“Atəşgah” Sığorta Şirkəti ASC, “Standard Insurance” Sığorta Şirkəti ASC, “AtaSığorta” ASC, “Xalq Sığorta” ASC, “PAŞA Sığorta” ASC, “AXA MBASK” Sığorta Şirkəti ASC,  “AzSığorta” ASC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta” ASC, “İpək Yolu Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Qala Sığorta” ASC, “Günay Sığorta” ASC) fəaliyyət göstərir.