Ən çox isitfadəçisi olan sosial şəbəkə | Banco.az

Ən çox isitfadəçisi olan sosial şəbəkə

Fəaliyyətə başlamasından 13 il, 1 milyardlıq həddi keçməsindən isə 5 il sonra Facebook aylıq 2 milyard istifadəçi göstəricisinə nail olub.

“Biz, bu göstəriciyə öz sosial şəbəkəmizi maksimal dərəcədə xeyirxah və dostpərvər etmək lazım olduğu anda çatmışıq” – Məhsul üzrə baş direktor Kris Koks məsələ ilə bağlı şərh verib.

Hazırda Facebook ən çox aylıq istifadəçi sayı olan sosial şəbəkədir. Məsələn, YouTube –da bu göstərici 1,5 milyard, WeChat  messencerində 889 milyon, Twitter –də 328 milyon, Snapchat isə təxminən 255 milyon nəfərdir (nəzərə alsaq ki dekabrda bu rəqəm  gündəlik 110 milyon  və aylıq 170 milyon idi). Əgər Youtube-u nəzərə almasaq, onda sadəcə Facebook-un törəmə şirkətlərində istifadəçi sayı bir milyarddan çoxdur. WhatsApp və Facebook Messenger – hərəsində 1,2 milyard istifadəçi. Belə gözlənilir ki, tezliklə  Instagram-da onlara qatılacaq, şəbəkənin əsas istifadəçi sayı 700 milyon nəfərə qədər yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Facebook-da istifadəçi sayının son illərdəki artımı ümumiyyətlə bizim dünyanın inkişafı ilə bağlıdır. Kompaniya öz proqram tərtibatını elə optimallaşdırıb ki, hətta ucuz Android-smartfonlarında belə və zəif internetlə də yaxşı işləsin. Beləliklə proqramın istifadəçi bazası Asiyadan olan və digər ölkələr hesabına 746 milyon nəfər artıb. ABŞ və Kanadada isə belə bir təkmilləşmə prosesindən sonra istifadəçi sayında artım cəmi 41 milyon olub.

Şirkətin böyüməsinə baxmayaraq, istifadəçi sayı 2012-ci ilə qədərki dövrlə müqayisədə 17% daha sürətlə artır. Yeni istifadəçilər Facebook-dan daha artıq istifadə edir. 66% Facebook istifadəçisi Facebook-a hər gün daxil olur. Yəni Facebook-da bir milyard insan olduğu dövrlə müqayisədə 11% daha çox. Deyirlər ki, Facebook yeniyetmələr arasında populyarlığını itirib, amma statistikada bu öz əksini tapmır.

Facebook-un dünya ictimaiyyətinə güclü təsiri də danılmazdır. İndi kompaniya nikbin notlara köklənməyi planlayır və “dünyanı yaxınlaşdırmaq və birliklər yaratmaq üçün insanlara güc verməyi” öz missiyasına çevirib.