AMB-nin depozit hərracında gəlirlik 9 aylıq minimuma düşüb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

AMB-nin depozit hərracında gəlirlik 9 aylıq minimuma düşüb

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında əqdlər üzrə orta ölçülmüş faiz dərəcəsi 1,97 faiz bəndi azalaraq 10,04% təşkil edib. Faiz dərəcəsi cari il mayın 12-dən etibarən 12,01%-ə enib.

İlin əvvəlindən isə faiz dərəcəsində 4,76 faiz bəndi azalma qeydə alınıb. Ötən ilin sentyabrın 19-da baş tutmuş depozit hərracında orta ölçülmüş faiz dərəcəsi 9,49%-dən 14,85%-ə yüksəlib. Beləliklə, faiz dərəcəsi 9 aylıq minimuma düşüb.