“Alibaba Group”un yaradıcısı və rəhbəri Cek Ma 30 il sonra insanların gündə yalnız 4 saat çalışacaqlarını bildirib.
Banco.az portalının CNBC-yə istinadən verdiyi məlumata görə, çinli biznesmen həm iş saatının qısa olacağını, həm də insanların həftədə 4 gün çalışacaqlarını deyib: “Mən düşünürəm ki, 30 il sonra insanlar gündə 4 saat və mümkündür ki, həftədə 4 gün işləyəcək. Mənim babam kənd təsərrüfatı işləri ilə 16 saat məşğul olurdu və hesab edirdi ki, çox məşğuldur. Biz 8 saat işləyirik və hesab edirik ki, çox məşğuluq”.
C. Ma insana bənzəyən robot-maşınların yaradılmasının gərəksiz olduğunu söyləyib. Onun fikrincə, maşın heç vaxt insanın təcrübəsinə və müdrikliyinə çata bilməz.