Xərclərin azaldılması üçün 9 qayda | Banco.az

Xərclərin azaldılması üçün 9 qayda

Pulları düzgün xərcləməyi bacaran şəxs üçün pul həmişə kifayət edir. Söhbət Sizin ümumi gəlirinizin 10%-dən çoxunu təşkil edən xərclərin planlaşdırılmasından gedir. Maddi rifaha doğru gedən yol. 

Xərclərin azaldılmasında əsas amillərdən biri xərclərin qabaqcadan planlaşdırılmasıdır. Əlbətdə ki, bütün xərcləri öncədən planlaşdırmaq mümkün deyil, heç bunu etməyə belə dəyməz. Biz axı insanlarıq, robot deyilik ki. Amma yenə də, planlaşdırmasız mümkün deyil. Söhbət Sizin ümumi gəlirinizin 10%-dən çoxunu təşkil edən xərclərdən gedir. Siz sual verəcəksiniz ki, niyə məhz 10? 

Çünki sizin ümumi gəlirinizin 10%-dən çoxunu təşkil edən xərclərin məbləğləri – sizin büdcəniz üçün mühümdürlər və belə məbləğlərin planlaşdırılmamış şəkildə xərclənməsi sizin maliyyə tarazlığınıza təsir edə bilər. Bax belə. Bu təcrübədə yoxlanılıb, bu səbəbdən də bu faktı olduğu kimi qəbul edin. Beləliklə,aşağıda yer almış qaydalar, əsasən öncədən planlaşdırmanın əsasında qurulmuşdur. Onları öyrənin və istədiyiniz kimi işlədin. 

1. Hər ay üzrə xərclərin planını tərtib edin 
Bu planda mütləq şəkildə bütün xərclərin məbləğləri olmalıdır. Bəzi məbləğləri əvvəlcədən qeyd etməkdə çətinlik çəkirsinizsə, planda maksimal dərəcədə yaxın olan bir məbləğ göstərin.Bu yanaşma sizə pul vəsaitlərinin hansı məbləğdə və nəyə xərcləyəcəyinizi görmək imkanı yaradacaqdır. Belə etdikdə, sizdə ay ərzində sürpriz kimi, gözlənilməyən xərclər peydə olmayacaq. Bu müəssisənin öz fəaliyyətini necə planlaşdırmasına bənzəyir. Sizdə eynilə belə etməlisiniz. Aşağıda sizin üçün xərclərin planlaşdırılmasının real nümünəsi göstərilmişdir.

2. Bütün alış-veriş edəcəyiniz şeyləri qabaqcadan planlaşdırın 
Söhbər ondan gedir ki, Siz məsələn, gələn ay özünüz üçün paltar yuyan maşın almağı planlaşdırırsınız. Onun qiymətini öyərnirsiniz və fikirinizdə onu gələn maaşadək alıb ala bilməyəcəyinizi hesablamağa çalışırsınız. Ala biləcəksinizsə, bu əladır, ala bilməyəcəyinizsə onun üçün pul toplamaq lazım gələcəkdir. Pulun düzgün şəkildə necə toplanması barədə burada oxuyun. Qəfil edilən alış-verişlərdən çəkinin, çünki ehtimal var ki, Siz öz maddi gücünuzu düzgün hesablaya bilməyəcəksiniz. Müxtəlif alış-verişləri planlaşdırmaqla yanaşı, sizin üçün başqa xərcləri də planlaşdırmaq pis olmazdı, məsələn, ad günlərini, müxtəlif bayramları və s. Belə etdikdə, maliyyə sürprizləri sizdən yan keçəcəkdir. 

3. Ərzaqları əvvəlcədən yazılmış siyahı üzrə alın 
Nə üçün ərzaqlar haqqında ayrıca bir söhbət açmışıq? Çünki qidalanmaya sərf olunan xərclər bizim büdcənin təxminən yarısını təşkil edir. Bu səbəbdən də, əvvəlcədən sizə lazım olacaq ərzaqların siyahısını tutun və yalnız bundan sonra supermarketə yollanın. Bundan əlavə, özünüz üçün bir qayda olaraq, siyahıda olmayan ərzaqları almamağı vərdiş halına gətirin. Hətta onları siyahıya yazmağı unutsanız belə və onlar sizə lazım olsa belə. Heç bir qorxusu yoxdur. Gələn dəfə alarsınız. Bu cür alış-veriş üsulu çox güclü effektə malikdir və sizin həddindən artıq ərzaq almağınızın qarşısını alacaqdır. Belə baxanda, əslində bizə elə də çox şey lazım deyil. Bu üsuldan istifadə etdikdə, siz təəcüblə aşkar edəcəksiniz ki, sizin ərzaqlar ilə bağlı xərcləriniz azalıbdır. 

4. Ac olduğunuz vaxtda ərzaq almayın 
Bu mümkündür və çox gülməli səslənir, lakin belə bir fakt var ki, siz mağaza və ya supermarketdə olduğunuz zaman və bu vaxtda sizi aclıq hissi bürüyürsə, 90 % hallarda, evə qayıtdıqdan sonra siz evdə çox sayda lazımsız ərzaq və ya həddindən artıq qida aşkar edəcəksiniz. Özünüzü müşahidə edin, istəsəniz, eksperiment də keçirin. Bu hamı ilə olur. Nəticə çox sadədir – əvvəlcədən qidalanın, sonra isə mağazaya yollanın. Belə, siz yalnız doğrudanda lazım olan şeyləri alacaqsınız və özünüzü lazımsız xərclərdən qoruyacaqsınız. 

Ən sərfəli kredit üçün müraciət et



5. Hər hansı qarşılaşacağınız vəziyyətdə sizə lazım olacaq pul vəsaitindən artıq pul götürməyin 
Bu çox sadə, amma çox effektiv bir qaydadır. Siz sadəcə pul kisənizdə olan məbləğdən artıq xərcləyə bilməyəcəksiniz.Bu qayda xüsusilə müxtəlif emosiya və vəziyyətlərin təsiri altında pul xərcləməyə zəiflik göstərən şəxslərə aiddir. 

6. Aydan aya pullarınızı necə xərcləməyinizi izləyin
Bu qayda ondan ibarətdir ki, biz aydan aya öz pullarımızı necə xərcləməyimizi izləməliyik. Bu, belə demək olarsa, statistikadır. Aydan aya xərclərinizin statistikasını aparın. Bu statistikanı siz sizə uyğun istənilən formada apara bilərsiniz. Bu nə üçün lazımdır axı? Bu sualı cavabı aşağıda göstərilən qaydada öz əksini tapmışdır. 

7. Lazımsın xərclərdən azad olun 
Öncə müzakirə etdiyimiz qaydada deyildiyi kimi, sizdə, belə desək, bir neçə ay üzrə xərlərin statistikası olmalıdır. Bu cür siz bütün lazımsız xərclərin qarşısını ala biləcəksiniz. Lakin, fakt deyil ki, sizdə belələri tapılacaqdır. Elə bir vəziyyət ola bilər ki, sizin bütün xərcləriniz “lazımlıdır”. Dilxor olmayın. Siz xərclərinizin bəzi bəndlərini azaltmağa cəhd edə bilərsiniz. 

8. Borclardan azad olun 
Siz maksimal dərəcədə tez bir şəkildə bütün borclarınızdan qurtulmalısınız. Çünki hər hansı bir borc sizin üçün – əlavə xərclərdir. Bu borclar sizin pullarınızı sorururlar. Onlardan tez bir şəkildə canınızı qurtarın. 

9. İfratçılığa qapılmayın
Böyük bir həvəslə qənaət etməyə və bütün xərclərinizi minimuma endirmək lazım deyil. Bu düzgün deyil. Necə deyərlər – fanatizmsiz. Necə yaşayırdınızsa elədə yaşayın, sadəcə öz xərclərinizi nəzarət altında saxlayın, onları izləyin və üzərində düzəlişlər edin. Vəssalam. İfratçılığa isə qapılmaq lazım deyil. Çünki sərt qənaətlə qarşılaşaraq, siz yenədə nəzarətdən çıxmış xərclərə yol verəcəksiniz. Bir müdrik adam söylədiyi kimi – orta yol ilə gedin.