2017-ci ilin yanvar-mart aylarında Bakı şəhəri üzrə siyahı tərkibində olan işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14 min 998 nəfər artaraq 699 min 287 nəfər olub.
Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, I rübdə ötən ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 7,4% artaraq 763,9 manata çatıb.
Hesabat dövrü üzrə siyahı tərkibində olan işçilərin sayı və işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsinin dəyişməsi aşağıdakı kimi xarakterizə olunur:
|
2017-ci ilin yanvar-mart aylarında siyahı tərkibində olan işçilərin sayı (nəfərlə) |
2017-ci ilin yanvar-mart aylarında orta aylıq nominal əmək haqqı (manat) |
Bakı şəhəri - cəmi *) |
699 287 |
763,9 |
o cümlədən rayonlar: |
||
Binəqədi |
45 330 |
425,0 |
Xətai |
61 751 |
817,5 |
Xəzər |
28 930 |
626,3 |
Qaradağ |
25 352 |
981,7 |
Nərimanov |
70 148 |
486,2 |
Nəsimi |
151 342 |
600,8 |
Nizami |
41 820 |
638,2 |
Pirallahı |
7 669 |
1 393,8 |
Sabunçu |
26 475 |
479,8 |
Səbail |
118 895 |
1 417,1 |
Suraxanı |
19 507 |
579,6 |
Yasamal |
102 068 |
641,3
|
Mənbə: Apa.az