KPMG auditorları, Avropanın ən qabaqcıl klublarını dəyərləndirib. Banco.az bu məruzədən olan bəzi nəticələri diqqətinizə təqdim edir.
KPMG-nin hazırladığı reytinq sübut edir ki, top-klublar üçün nə qədər pul ödəsən də, çox güman ki, növbəti il onun qiyməti yenə də yüksələcək. 32 klubun bir il ərzində toplam dəyəri, 14% artaraq, €29,9 milyard avroya yüksəlib. Cəmi 3 klub, Ayaks, Latsio və Marsel qiymətdə enişlə üzləşib.
Şirkət dəyərinə görə Top 3 klub
Amma top–komandalara yatırımlar yenə də ən sərfəli olaraq qalır. Manchester United və Real Madrid qiymətini müvafiq olaraq, 7% və 2% yüksəldib, faizlərlə ifadə etdikdə rəqəmlər təsirli görünməsə də pulla ifadə edildikdə əməlli fərq yaranır.
Maksimal proqress – «Lion» və «Qalatasaray»
Lion(+71%), Qalatasaray(+68%) və Sevilla (+44%) klublarının dəyərindəki ümumi artım heyrətləndirir. Sevillanın qiymətindəki artım məntiqidir, klub üç dəfə ardıcıl Avropa Liqasını qazanmaqla, yeni tarixi nailiyyətə imza atıb. Həmçinin bir sıra sərfəli transferlər də gerçəkləşdirib. «Lion» da nəhayət ki, uzun müddətli siyasətinin bəhrəsini əldə edib. Klubun prezidenti Jan Mişel Olyas bir zamanlar futbolçuları alırdı, indi isə onları satışa hazırlayır.
Bir səhm qiymətində dəyişiklik
Türkiyə futbolu yüksəlişdədir. Teleyayım hüquqların dəyərinə görə superliqa cəmi Top-5 çempionatdan geri qalır: İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa), bir çox Portuqaliya və Hollandiya kimi nəhəngləri inamla geridə qoyur. Meydançada çox da uğurlu ola bilməyən Qalatasar Türkiyənin ən populyar futbol klubu olaraq qalır, klubun FB-də izləyicilərinin sayı Fənərbaxçadan 4 mln, Beşiktaşdan isə 7 milyon daha çoxdur, futbol bumu yaşayan ölkədə isə bu rəqəmlər çox şey ifadə edir.
Daxili teleyayım hüquqlarının mövsüm üzrə satışına görə ən böyük Avropa liqaları
Report ilə daha ətraflı bu linkdə tanış ola bilərsiniz.
Könül Soltanova, Banco.az