Palata: Bu il banklar kreditləşməni 1 mlrd. manatadək azaldıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Palata: Bu il banklar kreditləşməni 1 mlrd. manatadək azaldıb

Bu ilin aprelində ölkədəki bankların müştərilərə verdiyi kreditlərin həcmi azalıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verilir ki, may ayının 1-nə bankların müştərilərə verdiyi kreditlərin məbləği 15 mlrd. 34 mln. manat təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 19,1 mln. manat və ya 0,13% azalma deməkdir.

Ümumiyyətlə, ilin əvvəlindən bankların müştərilərə verdiyi kreditlərin həcmi 904,3 mln. manat və ya 5,67% azalıb.   

Mənbə: Apa.az