Satış və gəlirlər arasında fərq nədir? | Banco.az

Satış və gəlirlər arasında fərq nədir?

Mühasibatlıq terminlərində, satışlar biznes gəlirlərinin bir komponentini təşkil edir. Satışlar müştərilərə malların və ya xidmətlərin göstərilməsi nəticəsində yaranan daxilolmalardır, lakin bu, firmaların bütün qazanc mənbələrini əhatə etmir. Digər gəlir cərəyanlarına faizlər, royalti, komisyon haqqlar və ianələr daxil ola bilər. Gəlirlər bütün bu müxtəlif mənbələri əhatə edir və şirkət tərəfindən yaradılan ümumi pul –nağd vəsaitlərinin hərəkətinin daha yaxşı göstəricisidir. Bəzi müəssisələr satışları - əməliyyat gəliri, gəlirləri isə - ümumi və ya cəmi gəlirlər adı altında uçota alır, amma eyni fərqlər tətbiq olunur

Satışlar  - müştərilər tərəfindən ödənilən iqtisadi dəyər kimi də tərif oluna bilər. Gəlirlər – biznes tərəfindən müəyyən zaman müddətində götürülmüş ümumi pul məbləğidir. Baxmayaraq ki, əksər hallarda gəlirlər satışlardan daha böyük rəqəmlərlə ifadə olunur, amma o, satışlardan az da ola bilər. Misal üçün yalnız papaq satışı ilə məşğul olan və digər daxilolmaları mövcud olmayan bir şirkət götürək. Həmin şirkətin gəlir formulu – satışlardan olan endirimlərin və geri qaytarılmış və ya zədələnmiş papaqları xaric edəcək, nəticədə şirkətin gəlirləri onun satışlarından az olacaq.

Gəlilər –termini həmçinin hökumətin əlinə gələn vəsaiti təsvir etmək üçün də istifadə oluna bilər, bu vəsait vergilərdən, müxtəlif haqqlardan, cərimələrdən, transferlərdən və ictimai xidmətlərdən formalaşa bilər. Dövlət orqanının da əməttə və ya xidmət satışı həyata keçirməsinin mümkün olmasına baxmayaraq, həmin daxilolmalar çox nadir hallarda dövlət və ya hökumət satışı adı altında qeydə alınır.

Ən sərfəli kredit üçün müraciət et

Mühasiblər  gəlir və satış rəqəmlərini maliyyə hesabatları qurmaq üçün istifadə edir, investorlar isə bu hesabatlardan istifadə edərək, şirkətin təməllərini təhlil edir. Satışlar (əməliyyat gəlirləri) kompaniyanın öz ilkin məhullarını və xidmətlərini hansı səmərəlilikdə mənfəətə çevirməsini müəyyən etmək üçün çox vacibdir. O, həmçinin qeyri əməliyyat gəlirləri ilə birlikdə şirkətin xalis mənfəətini hesabalamaq və ümumilikdə biznesin effektivlik meyarlarını müəyyən etmək üşün istifadə oluna bilər.

Satışlar və gəlirlər arasında fərqi seçməyi bacarmaq lazımdır, çünki heç də bütün daxilolma mənbələri eyni dərəcədə etibarlı və təkrar olunan deyil, investorlar, requlyatorlar və korporativ idarəetməyə cəlb olunanlar ( məsələn menecerlər və ya sahiblər) satışlar və gəlirlər arasındakı əlaqəni araşdırır.

Kompaniyanın təməllərini araşdırırkən, gəlirlər çox vacib amildir. Lakin digər vacib meyarlar da var ki, bunlara mənfəət, xalis mənfəət, əməliyyat gəlirini qeyd etmək olar. Maliyyə hesabatlarının təhlili - Aydın Hüseynov

Könül Soltanova, Banco.az