Bank əməkdaşlarının sevmədiyi 6 sual | Banco.az

Bank əməkdaşlarının sevmədiyi 6 sual

1. Dolların aqibəti necə olacaq?

Bank işçiləri etiraf edir ki, ən pis  hallardan biri odur ki, hara gedirsən harada dost tanış, qohumlarla oturursan səndən dolların aqibətini soruşurlar.

2. Sizin bankda müştərilərdən geri alınmış nə maşın var?

Son zamanlar bank işçilərini ən çox qıcıqlandıran suallardan da biri, gecikmədə olan müştərilərin avtomobilləri ilə bağlıdır, “guya ucuz alıb, qabağa düşmək istəyirlər”

3. Heç mümkün deyil?

Ön ofis, əsasən də kredit işçilərinin rastlaşdığı hal: “Müştəriyə izah edirsən ki, mümkün deyil, qayıdıb təkrar soruşur: “Heç mümkün deyil?

4. Problemli kredit portfelinin həcmi nə qədərdir?

Ən sərfəli kredit üçün müraciət et

Son dövrlərdə yaranmış vəziyyətlə ilə əlaqədar olaraq, isə bu sualı bank rəhbərləri jurnalistlərdən eşitməyi sevmir. Həmçinin sual təkcə kredit portfeli ilə deyil, məcmu kapitalın azalması və ya bankın zərərlə işləməsi ilə bağlı ola bilər.

5. Buradan “filan” yerə pul göndərsəm nə qədər xərcim çıxar?

Bəzən insanlarda belə təsəvvür yaranır ki, ban işçiləri universal olaraq, bütün sahələrə dair sualalrı cavablandıra bilməlidir. Amma ki, arxa ofis işçisi komisyonların miqdarını bilməyə də bilər, məsələn Türkiyə və ya Peterburqa pul köçürməsini bilməmək normaldır.  

6. Sənin adına kredit götürmək olar?

Bir ara kredit faizləri bankların öz işçiləri üçün daha güzəştli olurdu. Onda bəzi qohumlar, bu sualla daha çox müraciət edirdi. Amma böhrandan sonra bankın əməkdaşları ilə digər müştərilər arasında olan fərq aradan qalxdı.

Könül Soltanova, Banco.az