“Azər-Türk Bank”da kadr dəyişikliyi olub | Banco.az

“Azər-Türk Bank”da kadr dəyişikliyi olub

“Azər-Türk Bank” ASC-nin Maliyyə monitorinqi və nəzarət Departamentinin direktoru işdən çıxıb.

Söhbət Taleh Əlibəy oğlu Nəhmədovdan gedir.

Onun müvəqqəti olaraq Vüsalə Oqtay qızı Kazımova əvəz edir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Mənbə: Report.az