“AccessBank”ın rəhbərliyində yeni TƏYİNAT | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“AccessBank”ın rəhbərliyində yeni TƏYİNAT

“Accesbank” ASC-nin rəhbərliyində dəyişiklik olub.

Bankın İdarə Heyətinin üzvü Anar Həsənov İdarə Heyəti sədrinin I müavini təyin edilib.

Bundan başqa, “Accesbank”a 4 yeni icraçı direktor təyin edilib. Belə ki, Elşən Pirmalıyev Bankın Pərakəndə və Biznes müştəriləri üzrə İcraçı Direktoru, Səbinə Qurbanova Alternativ Bankçılıq üzrə icraçı direktor, Aynur Süleymanlı İnsan Resursları, Administrasiya və Təhlükəsizlik üzrə icraçı direktor, Nizami Qədirov Risk İdarəçiliyi və Tədqiqatlar üzrə icraçı direktor təyin olunub.

Qeyd edək ki, hazırda Bankın 6 icraçı direktoru var. Belə ki, yeni təyin olunan icraçı direktorlardan əlavə bankın Maliyyə Nəzarəti, eləcə də İnformasiya Texnologiyaları üzrə icraçı direktorları fəaliyyət göstərir. 

Mənbə: Apa.az