Dünyada ən yüksək əməkhaqqılar olan 10 şəhər | Banco.az

Dünyada ən yüksək əməkhaqqılar olan 10 şəhər

Ötən həftə Deutsche Bank özünün illik Mapping the world's prices hesabatını dərc edib. Digər nüanslar ilə yanaşı hesabatda, sakinlərinin ən çox əməkhaqqı qazandığı şəhərlərin adları da qeyd olunub.

Həyat səviyyəsini və bahalılığı müəyyən etmək üçün bank hər şeyi nəzərə alıb – bir qutu siqaretin qiymətindən, iki otaqlı mənzilin kirayəsində qədər. Nəzərə alınan faktorlardan biri isə şəhərlərdəki orta aylıq əməkhaqqı olub.  

Təəccüblü deyil ki, həyat minimumu yüksək olan şəhərlərdə yaşayan sakinlər bir qayda olaraq, daha yüksək əməkhaqqı alır. Maliyyə mərkəzləri bu siyahılara başçılıq edir. Banco.az hesabata istinad edərək, sizə ən çox qazanan şəhər sakinlərinin onluğunu təqdim edir.

 

10. Kopenhagen, Danimarka. $ 2958

9. Sinqapur. $ 3077 dollar

8. Oslo, Norveç. $ 3154 dollar

7. Melbrun, Avstraliya. $ 3344 dollar

Ən sərfəli kredit üçün müraciət et

6. Sidney, Avstraliya. $ 3451 dollar

5. Çikaqo, Amerika Birləşmiş Ştatları. $ 3622 dollar

4. Nyu-York, Amerika Birləşmiş Ştatları. $ 4304 dollar

3. Boston, Amerika Birləşmiş Ştatları. $ 4322 dollar

2. San Fransisko, Amerika Birləşmiş Ştatları. $ 4817 dollar

1. Sürix (Zurich), İsveçrə. $ 5876 dollar

P. s London, $2776 dollar ilə bu siyahıda 13-cü yerdə qərar tutub. 

Könül Soltanova, Banco.az