İyunun 8-də, saat 09:00-da “Şəmkir Tikinti Sənaye” ASC, iyunun 9-da saat 10:00-da “Bakı Yüngül Metal Konstruksiyaları” ASC, saat 12:00-da isə “Mingəçevir Vibrodayaq Zavodu” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
Bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumatda deyilir ki, yığıncaqlar müvafiq olaraq Şəmkir rayonunin Seyidlər kəndində, Bakı şəhərinin Binəqədi rayonunun Hacı Zeynalabdin tağıyev küçəsi, 25 ünvanında və Mingəçevir şəhəri, Energetiklər küçəsi, 2 ünvanında olacaq.
Hər 3 yığıncağın gündəliyinə müəssisələrin Müşahidə Şurasının yeni tərkibinin formalaşdırılması, illik hesabatının təsdiq edilməsi və cari məsələlər daxildir.
Xatırladaq ki, “Şəmkir Tikinti Sənaye” ASC 2004-cü ildə, “Bakı Yüngül Metal Konstruksiyaları” ASC 1998-ci ildə, “Mingəçevir Vibrodayaq Zavodu” ASC isə 2002-ci ildə yaradılıb. Onların nizamnamə kapitalı müvafiq olaraq 292 018 manat, 4 725 866 manat və 394 002 manatdır.
Mənbə: Report.az