Köhnə mənzillərin qiyməti düşüb | Banco.az

Köhnə mənzillərin qiyməti düşüb

2017-ci ilin birinci rübündə Bakıda mənzillərin orta qiyməti ikinci mənzil bazarında əvvəlki rüb ilə müqayisədə 2,3% (1 kvadratmetr üçün 1030 dollara qədər) ucuzlaşıb.

Bu barədə “MBA Group” konsaltinq şirkətinin hesabatında deyilir.

Məlumata əsasən, ekonom-klass mənzillərin qiyməti ikinci mənzil bazarında 3% ucuzlaşıb (1 kvadratmetr üçün 818 dollara qədər), komfort və biznes klass üçün, əksinə, cüzi bahalaşıb. 

Beləliklə, komfort-klass mənzillərin qiyməti 1 kvadratmetr üçün 1417 dollara (rüb ərzində 0,35% artıb), biznes-klass mənzillərin isə 1 kvadratmetr üçün 2231 dollara çatıb (rüb ərzində 1,38% artıb).

Cəmi yanvar-mart aylarında 7,39 min mənzil satışa qoyulub və bu, 2016-ci ilin dördüncü rübündən 4,41% azdır. Satışa çıxarılan mənzillərin sayının azalmasına baxmayaraq, onların alqı-satqısı üzrə əqdlərinin həcmi rüb ərzində cüzi artıb (2,45%, 2534 əqdə qədər).

İkinci bazarda təklif olunan mənzillərin çoxu (30,48%) üçotaqlı, sonra isə ikiotaqlı (29,49%), dördotaqlı (11,57%) və birotaqlıdır (14,3%). Beşotaqlı və daha çoxotaqlı mənzillərin payına 8,16% təkliflər düşür.

Bakının ikinci mənzil bazarında satışa çıxarılan mənzillərin, siniflər üzrə müqayisəli cədvəli (2017-ci ilin I rübü 2016-cı ilin IV rübü ilə müqayisədə)

Mənzillərin sinifləri

Təkliflərin sayı

Dəyişikliklər (%)

İkinci bazarda pay (%)

Ekonom-klass

5320

+1,78

72

Komfort-klass

1551

-0,76

21

Biznes-klass

519

-1

7

Cəmi

7390

-4,41

100

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Trend.az