Ləğvetmədə olan bankların kredit portfeli açıqlandı - MƏBLƏĞ | Banco.az

Ləğvetmədə olan bankların kredit portfeli açıqlandı - MƏBLƏĞ

Azərbaycanda ləğvetmə prosesində olan kommersiya banklarının məcmu kredit portfeli 2,5 mlrd. manatdır.

Bunu Azəraycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov bildirib.

Onun sözlərinə görə, bu məbləğin 85%-i məbləği 500 min manatdan artıq olan kreditlərdir: “Bu kreditlər 1 200 müştəriyə verilib. Qalan 15%-lik hissəni isə 75 minə yaxın müştəri alıb”.

Ən sərfəli kredit üçün müraciət et

A.Cavadov qeyd edib ki, hazırda rəhbərlik etdiyi qurumun nəzarətində olan 10 bankdan 4-də kreditlərə görə yığımlar qənaətbəxş deyil. Bu, “Royalbank”, “Texnikank”, “Bank of Azerbaijan” və “Kredobank”dır.

Mənbə: Report.az