2017-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,6% üstələyərək 7,9 mlrd. manata bərabər olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ticarət dövriyyəsinin 4 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3,9 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-mart aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,7% və 2,6% üstələyib.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Məhsul qruplarının adları |
Satışdan gəlir, milyon manatla |
2016-cı ilin yanvar-mart aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi |
7 926,1 |
101,6 |
o cümlədən: |
||
ərzaq məhsulları, içkilər və tütün məmulatları |
4 039,3 |
100,7 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar |
1 401,2 |
103,0 |
elektrik malları və mebel |
482,7 |
102,4 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları |
61,3 |
102,1 |
əczaçılıq və tibbi mallar |
104,1 |
101,9 |
avtomobil yanacağı |
389,3 |
99,8 |
digər qeyri-ərzaq məhsulları |
1 448,2 |
103,2 |
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 45,5%-i ərzaq məhsullarının, 5,5%-i içkilər və tütün məmulatlarının, 17,7%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,2%-i elektrik mallarının, 4,9%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,9%-i mebellərin, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2017-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının 11,2%-i hüquqi şəxs statuslu müəssisələr, 53,4%-i fərdi sahibkarlar tərəfindən, 35,4%-i isə bazar və yarmarkalarda satılıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 272,4 manat və ya 2016-cı ilin müvafiq göstəricisindən nominal ifadədə 36,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 138,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 133,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.
Mənbə: Apa.az