Beynəlxalq Valyuta Fondu (IMF) Gürcüstana 285,3 mln. ABŞ dolları həcmində vəsaitin ayrılmasını təsdiq edib. "RİA Novosti" agentliyinə istinadən xəbər verilir ki, vəsait 3 illik proqram çərçivəsində hökumət tərəfindən iqtisadi islahatların keçirilməsinə dəstək məqsədi ilə təqdim olunub.
IMF-dən verilən xəbərdə bildirilir ki, adı çəkilən proqram Gürcüstana iqtisadiyyatın həssaslığını azaltmağa və yaxşı əlaqələndirilmiş iqtisadi tədbirləri həyata keçirməyə, həmçinin iqtisadi artıma nail olmağa imkan verəcək.
Bununla yanaşı, qeyd olunur ki, söhbət ambisiyalı struktur islahatlarının həyata keçirilməsindən gedir: "Bu islahatlar təhsilin yaxşılaşdırılması, daha effektiv dövlət idarəçiliyinin təmin edilməsi, infrastruktur investisiyaları və işgüzar mühitin yaxşılaşdırılmasını nəzərdə tutur".
Mənbə: Report.az