Hüquq Departamentinin Korporativ Hüquq Şöbəsinin Müdiri | Banco.az
Kapital Bank

Hüquq Departamentinin Korporativ Hüquq Şöbəsinin Müdiri

Vakansiya haqqında məlumat: 

Ümumi məlumat

Kapital Bank namizədləri Hüquq Departamentinin Korporativ Hüquq şöbəsinin Şöbə müdiri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Bankın fəaliyyəti ilə bağlı müqavilələrin ekspertizasını keçirmək və müqavilələrin mütəmadi təkmilləşməsini təmin etmək;
  • Korporativ hüquq şöbəsinin işinin təşkili və nəzarətin təmin edilməsi;
  • Şöbəyə daxil olan komanda üzvlərinin iş bölgüsünü təşkili;
  • Korporativ idarəetmə və korporativ katiblik istiqamətlərində hüquqi dəstəyin təmin edilməsi;
  • Hüquqi rəylərin verilməsi üçün təkliflərin hazırlanmasında iştirak etmək;
  • İdarə Heyətinin qərarlarının, İdarə Heyəti üzrə əmr və sərəncamların ekspertizasını həyata keçirmək;
  • Hüquqi sorğuların cavablarının hazırlanmasında iştirak;
  • Bankın bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılması prosesində iştirak;
  • Dövlət orqanları və hüquq mühafizə orqanları ilə əməkdaşlıqda Bankı təmsil etmək;
  • Bankın fəaliyyəti ilə bağlı imzalanan bütün əqdlərin, o cümlədən, beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirmək;
  • Mübahisələr ilə bağlı məhkəmədən öncə zəruri tədbirlərin görülməsi;
  • Zəruri hal yarandıqda məhkəmə proseslərində bankı təmsil etmək.

Tələblər

  • Ali hüquqi təhsil (magistr təhsili arzuolunandır);
  • Bank sahəsində 5 illik iş təcrübəsi;
  • Yüksək yazılı və şifahi ünsiyyətqurma bacarığı;
  • Məxfilik, dəqiqlik, təhliletmə qabiliyyəti;
  • Vaxtın düzgün idarəedilməsi qabiliyyəti;
  • Komanda tərkibində işləmək bacarığı;
  • Əla səviyyədə Azərbaycan, Rus və İngilis dili biliyi.

Müraciət üçün buraya daxil olun