“Standard Insurance”da kadr dəyişikliyi olub | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Standard Insurance”da kadr dəyişikliyi olub

“Standard Insurance” ASC-nin Hüquq və sığorta hadisələrinin araşdırılması Departamentinin direktoru Anar Nəsirli işdən çıxıb.

Bu barədə sığorta şirkətindən bildirilib.

Məlumata görə, onun yerinə Tural Əsgərov təyin edilib. O, bundan əvvəl “Standard Insurance”in baş auditoru vəzifəsində çalışıb.

Xatırladaq ki, "Standard Insurance" 2002-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Sığorta şirkətinin səhmləri 100% "AB Standard" QSC-yə məxsusdur.

Mənbə: Report.az