Komitə sədri: “Böyük Bakının Regional İnkişaf Planının layihəsi hazırdır” | Banco.az

Komitə sədri: “Böyük Bakının Regional İnkişaf Planının layihəsi hazırdır”

“Böyük Bakının Regional İnkişaf Planının layihəsi artıq hazırdır”.

Bu barədə jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov məlumat verib.

Onun sözlərinə görə, layihə artıq Nazirlər Kabinetinə təqdim olunub: “Hazırda ekspertlər layihəyə baxır. Daha sonra hökumət tərəfindən təsdiq ediləcək”.

Ən sərfəli kredit üçün müraciət et

Komitə sədri qeyd edib ki, layihədə çox yeniliklər olacaq: “Dəyişikliklərlə bağlı müvafiq nazirliklərin hər biri öz mövqeyini bildirib. Biz də həmin münasibətlərə uyğun olaraq layihədə müvafiq düzəlişlər etməliyik. Nazirliklərdən bəzilərinin təklifləri ilə razılaşmadıq. Misal üçün, keçmiş nəqliyyat naziri Ziya Məmmədov bizə təklif etmişdi ki, Bakıda ikinci pullu yol da olsun. Cavab verdik ki, bir pullu yol var və bu da kifayət edir”.

Mənbə: Report.az