Türkiyədə inflyasiya proqnozları üstələyib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Türkiyədə inflyasiya proqnozları üstələyib

Türkiyədə bu ilin fevral ayında istehlak qiymətləri indeksi illik müqayisədə 0,81% artım göstərib. "Bloomberg" agentliyinə istinadən xəbər verilir ki, daxili istehsal qiymətləri indeksi fevralda 1,26% artıb. Beləliklə, illik inflyasiya 10,13%, daxili istehsal inflyasiyası isə 15,36% təşkil edib. Qeyd edək ki, inflyasiya proqnozları aylıq 0,48%, illik isə 9,74%-ə bərabər olub. Xəbərin açıqlanması Türkiyədə dolların məzənnəsinin artmasına səbəb olub. Belə ki, səhər 3,71 TRY/USD olan dollar, hazırda 3,75 TRY/USD səviyyəsinə yaxınlaşıb. Gündəlik artım isə hələlik 0,47% təşkil edib.

Analitik qrup Türkiyədə dolların məzənnəsinin ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırması ehtimalının güclənməsi ilə 3,78-3,80 TRY/USD səviyyəsinə qədər arta biləcəyini, daha sonra, yay ayları yaxınlaşdıqca inflyasiyada azalmanın gözlənilməsi ilə 3,50-3,55 TRY/USD-yə düşəcəyini proqnozlaşdırır. 

Mənbə: Report.az