Walmartın marketinq sirləri | Banco.az

Walmartın marketinq sirləri

Walmart daha çox satış həyata keçirmək üçün bir sıra strategiyalardan istifadə edir. Məsələn müştərilərin rəqib marketlərə getməyinin qarşısını alacaq qədər çox məhsul satmaq. Adi bir WalMartda ən azı 150 min məhsul var. Əgər hər gün 50 cür müxtəlif məhsul alsanız belə eyni məhsula növbənin çatması üçün 7,5 il gözləməyiniz lazımdır. Hər həftə WalMartda 127 milyon Amerikalı alver edir. Saatda 40 milyon dollar gəlir və dəqiqədə 23 min dollar mənfəət qazanır.

İnsan resursları

Wallmartın rəhbərliyi belə deyir: “Bizim fərqimiz işçilərimizdir.” Ən yaxşısını işə götürmək, ən yaxşı təhsili vermək, işləmək üçün ən yaxşı yer olmaq. Dünyada 5 minə yaxın filialında 1.6 milyon adam işləyir. Hər il 600 min işçi işə girir və çıxır.

Verilənlər bazası

Dünyanın ən böyük verilənlər bazasına sahibdir. Wal-mart məhsuldarlığı ölçmək üçün hər mağazasında, hər əyalətdə, bir saat içində kassirlərinin hər bir kassadan neçə ədəd məhsul keçirdiklərini izləyir. (Bir kassir bir saat içində təxmini olaraq 400-500 məhsul keçirdir yəni dəqiqədə 6-8 məhsul)

Davamlılıq

Wallmartın bütün mağazaları 7 gün 24 saat açıqdır. Bir mağazadakı məhsulların hamısı satılsa da o mağaza bir gün belə bağlana bilməz. Hər il Amerikalıların 93 faizi ən azı bir dəfə Wallmartdan nəsə alır.

Anbarları

WalMartın çox böyük anbarları var və köhnə məhsulları həmin anda marketdən götürürlər. Çatdırılma şəbəkəsi özünə məxsusdur və nəqliyyata qənaət edirlər. Walmartın mükəmməl bir çatdırılma şəbəkəsi var və yük maşınları gecə-gündüz yol gedib, mal yetişdirməyə çalışırlar.

Müştəri məmnuniyyəti

Ən sərfəli kredit üçün müraciət et

WalMartda People greeter deyilən müştəri məmnuniyyəti nümayəndəsi adlandıra biləcəyimiz insanlar işləyir. People greeterin iki vəzifəsi var. Birincisi müştəriləri qarşılamaq, onlara köməkçi olmaq və özlərini daha yaxşı hiss etməsini təmin etmək, yəni müştəri xidmətçisi. İkinci vəzifəsi isə təhlükəsizlikdir. Onların vəzifələri oğurluqların qarşısını almaqdır. Mağazaya başqa yerdən alınmış məhsullarla biri gəldikdə bunları yazır və nəzarət edirlər.

Prinsiplər

Prinsiplərinə sadiq qalaraq rəqiblərinə güzəşt etmirlər. Əgər bir yerdə Walmart açılırsa ətrafındakı marketlərin əksəriyyəti iflasa uğrayır.
Təkcə ABŞ-da rəhbərlik hər həftə 5500 yığıncaq təşkil edir. (Xüsusilə Sam Walton tərəfindən 1962-ci ildən bəri davam etdirilən “Şənbə günü iclasları”) Bütün işçilərin qatıldığı əyləncəli və ciddi keçən yığıncaqlarda Walmartı daha da inkişaf etdirməyin yolları axtarılır və yaxşı işçilər mükafatlandırılaraq motivasiya edilir.
Müştərilərin yenidən marketlərə gəlməyini təmin etmək üçün daim yeni strategiyalar düşünürlər. Aldığınız məhsulu (başqa bir mağazadan almış olsanız belə) bir ay sonra aparıb qaytara bilərsiniz.

Wallmartın şüarı

Wamartın əvvəlki şüarı belə idi : “Always Low Prices” yəni hər zaman aşağı qiymət, hər zaman ən ucuz.
Hazırki şüarı daha çox müştərilərə yönəlib: “Save Money, Live Better” – Pulunu qoru daha yaxşı yaşa!

Yalnız pərakəndə sektoru deyil iş dünyasının hamısı Walmartdan çox şey öyrənə bilər. Walmartın ən böyük uğuru bəlkə də daha aşağı qiymətlər tətbiq etməsidir. İntizama fikir verirlər, pulu boşuna xərcləməməyə çox diqqət edirlər.

İnsanların hər gün ehtiyac duyduğu şeyləri hər kəsdən daha ucuz qiymətə sat, hər zaman həmin qiymətə sat. Müştərilər sizin mağazanıza axın edəcəklər! (Sam Walton- Walmartın qurucusu)

Mənbə: Bizplus.az