İnformasiya Texnologiyaları şöbəsinin Kiçik Mütəxəssisi / Mütəxəssisi | Banco.az

İnformasiya Texnologiyaları şöbəsinin Kiçik Mütəxəssisi / Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

BOKT Embafinans MMC  “İnformasiya Texnologiyaları şöbəsinin Kiçik Mütəxəssisi / Mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edilir:

Əsas vəzifə və öhdəliklər:

• Sorğuların qəbul edilməsi, kənardan və ya filiallarda problemlərin həll edilməsi;
• Baş ofisə texniki dəstək;
• Yeni iş yerlərinin sazlanması;
• Təşkilatın Biznes tətbiqinin sadə administrasiyası;
• Sadə SQL və avtomatlaşdırma skriptlərinin yazılması;

Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:

• İnformasiya texnologiyaları sahəsində orta-ixtisas/ali təhsil;
• İstifadəçilər ilə iş, kompyuter sistemləri və şəbəkə avadanlığının dəstəyi;
• Kompyuter və ofis avadanlığında nasazlığın araşdırılma və aradan qaldırılması təcrübəsi;
• MS Windows üzərində serverlər ilə iş bacarığı;
• Mail, Proxy, backup, firewall ,antivirus xidmətlərinin quraşdırılması və sazlama bilikləri (təcrübə üstünlük qazandırır)
• Sadə SQL sorğu yazma bacarığı (DML) ;
• İT sənədlərinin tərtibi və rəsmiləşdirməsi;
• Avadanlığın satınalınmasına dəstək;
• İş prosesinin avtomatlaşdırma bacarığı (PowerShell/AutoIt və sair) ;
• Azərbaycan dili və Rus dili - əla, ingilis dili – texniki sənədləşməni anlama səviyyəsi;
• məsuliyyət, punktuallıq, dürüstlük;
• Cins – kişi
• Yaş – 20-27

Müracət və seçim qaydaları:

Maraqlananlar müraciət formalarını CV (resume) [email protected] ünvanına göndərə bilərlər.

İş qrafiki: 6 günlük

- Mobil rabitə xərclərini qarşılanır;
- Şirkət hesabına nahar;

Şirkət: 
Embafinans BOKT MMC