Manat “Bloomberg”də bahalaşmaqda davam edir | Banco.az

Manat “Bloomberg”də bahalaşmaqda davam edir

Son iki gündə “Bloomberg” terminalı üzərindən manat dollar qarşısında bahalaşmaqda davam edir. 

Bu gün dolların manat qarşısında məzənnəsi 1,9396 manat müəyyən edilib.

Bu, ötən günlə müqayisədə manatın 0,06% dəyər qazanması deməkdir. Ümumilikdə isə 2 gündə manat 0,1% bahalaşıb.

“Bloomberg” yanvarın 30-da manatın məzənnəsini 1,9416 səviyyəsində müəyyən etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Bloomberg” banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən, manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir. 

 

©Fins.az