Banco.az Azər Türk Bank’ın mətbuat xidmətindən əldə edilən məlumata əsasən xəbər verir ki, 01 yanvar 2017-ci il tarixinə Bankın aktivləri 475 794 min manat səviyyəsində olmuşdur.
Bankın aktivləri azalıb!
01.01.2016 tarixi ilə müqayisədə bankın cəmi aktivləri 29% yəni 196 mln. manat, 31.10.2016 tarixi ilə müqayisədə isə 41% yəni 331,8 mln. manat azalmışdır.
Bankın kredit portfeli artıb. Kredit portfelnin həcmi keçən ilin 3-cü rübü ilə müqayisədə 3,1 mln. manat artaraq 150 162 min manat təşkil etmişdir.
Bankın kapitalı artıb!
Bankın məcmu kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 milyon manat artaraq, 57,6 milyon manataçatmışdır.
Bank aktivlərinin səmərəliliyini əks etdirən ROA əmsalı 1,07 faiz, kapitalın gəlirliliyi (ROE) 15,39 faiz təşkil etmişdir.
Məlumatda qeyd edilir ki, ötən il ərzində Bank 267 976 min manat həcmində depozit cəlb etmişdir ki, bunun da 135 954 min manatı əhalinin əmanətləridir.
Ümumi gəlirlər 47 365 min, xərclər 37 773 мин manat təşkil etmiş, bankın xalis mənfəəti 7,4 milyon manata yaxın olmuşdur.
Bankın nizamnamə kapitalı 50 milyon manat həcmindədir.
1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.