Azərbaycanda bir ilk - Virtual Reallıq oyunu "Yüksəklik" | Banco.az

Azərbaycanda bir ilk - Virtual Reallıq oyunu "Yüksəklik"

Azərbaycanda ilk dəfə “Yüksəklik” adında Virtual Reallıq oyunu hazırlanıb.

Oyunun yaradıcısı isə Azərbaycanda VR və AR texnologiyaları sahəsində tanınan FəridYusifoğlunun komandasıdır.

“Yüksəklik” standart oyunlardan fərqli olaraq oyunçuya tamamilə oyuna daxil olaraq, həyəcanı son zərrəsinə qədər hiss etməyə imkan yaradır.

Oyunun məzmunu və qaydaları

Oyun döyüş-atraksiyon xarakterlidir. Oyun zamanı oyunçu səngərə daxil olur və pulemyot vasitəsi ilə düşmənlərinin əks hücumlarına cavab verir.

Oyunçu üçün özəl hazırlanmış stenddə yerləşən pulemyot vasitəsi ilə atəşlər həm VR, həm də real olaraq idarə olunur. Oyunun başlanğıcında oyunçu 5 qumbara, 100 güllə ilə təmin olunur və oyunda göstərdiyin performasına əsasən davamlı olaraq güllələrin, canların sayı artıb-azalır, hər dalğa keçidi zamanı oyun daha da gərginləşməyə başlayır, şərtlər dəyişir, xallar hesablanılır, rütbələr verilir və reytinq cədvəlində iştirakçı adları ilə birlikdə nəticələr qeyd olunur.

Ən sərfəli kredit üçün müraciət et

Layihə komandasından banco.az-a verilən məlumata görə, bu göstəricilərə əsasən iştirakçılarla davamlı olaraq müxtəlif viktorinalar, müsabiqələr həyata keçirilir.

Qeyd edilibki, gələcəkdə oyunda müxtəlif dəyişikliklər nəzərdə tutulur.

Onudabildirəkki, oyundaistifadəolunan 3D dizayn, proqramlaşdırma, səs effektləri və digər detallar yerli mütəxəssislər tərəfindən həyata keçirilib. Yəni, oyun tamamilə yerli məhsuldur.

Məlumata görə, oyun ilk olaraq attraksion formada Park Bulvarda pilot olaraq istifadəyə veriləcək. Daha sonra maraqla qarşılanarsa, digər oyun və əyləncə mərkəzlərində də təqdim ediləcək.

Bu mərhələlərdən sonra isə oyunun Steam üzərindən qlobal bazarda satışa təqdim edilməsi planlaşdırılır.

Qeyd edək ki, Virtual Reallıq texnologiyaları hazırda dünyada trend olan innovativ yeniliklərdən biridir.

Ən sərfəli krediti almaq üçün müraciət et