Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) fevralın 21-də növbəti əmlak hərracı keçirəcək. Komitədən verilən məlumata görə, həmin gün özəlləşməyə açılan səhmdar cəmiyyətləri və kiçik müəssisələrlə yanaşı ayrı-ayrı icra strukturlarının mülkiyyətində olan 3 avtomobil də satışa çıxarılacaq.
Onların istehsal tarixləri 1973, 2005 və 2006-cı illərə aiddir. Maşınların ilkin satış qiyməti 1 900 manatdan başlayır. Digər 2 maşın isə 5 000 və 32 000 manata satılır. Ən baha satış qiyməti isə "QAZ-13" avtomobilinə təyin edilib.
Hərracda iştirak etmək istəyən fiziki və ya hüquqi şəxslər həmin maşınların ilkin satış qiymətinin 10%-i məbləğində beh ödəməlidirlər.
Komitədən bildiriblər ki, maşınlar indi Daxili İşlər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və ƏMDK-nın balansındadır.
Qeyd edək ki, sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq.
Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
21 fevral 2017-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı
S/N |
Balanssaxlayıcı müəssisənin adı |
Avtonəqliyyat vasitəsinin markası |
Buraxılış ili |
Start qiyməti (manatla) |
10% beh (manatla) |
1. |
Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı |
UAZ-31519 |
2006 |
1900 |
190 |
2. |
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti |
Mitsubishi L 200 |
2005 |
5000 |
500 |
3. |
Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi |
QAZ-13 |
1973 |
32000 |
3200 |
©Fins.az