Bank BTB
Risk departamentinin direktoru
Vakansiya haqqında məlumat:
Bank “BTB” ASC Risk departamentinin direktoru vəzifəsinə işə qəbul elan edir.
Risk departamentinin direktoru
İş barədə məlumat:
- Bankın risk siyasəti, risklərin idarə edilməsi üzrə daxili qaydaların layihələrini hazırlayır.
- Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparır və kənarlaşmalar barədə hesabatı RİK-ə və İdarə Heyətinə təqdim edir.
- Bankın aidiyyatı struktur bölmələri ilə birgə fəaliyyət növləri üzrə risk limitlərinin hesablanması və onlara dəyişikliklərin edilməsi barədə RİK-ə və İdarə Heyətinə təkliflər verir.
- Risk xəritəsini hazırlayır və onun icrasına nəzarət edir.
- Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirir və pozuntular barədə dərhal Baş Risk inzibatçısına məlumat verir.
- Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatı İdarə Heyəti, RİK və Müşahidə Şurasına təqdim edir.
- Risklərin tanınması və idarə edilməsi baxımından bankın fəaliyyətini əhatə edən bütün proseslərə, yeni məhsul və xidmətlərə dair rəy verir.
- Aidiyyatı struktur bölmələrlə birgə stress-testlər keçirir və müəyyən edilən risklərin azaldılması məqsədi ilə tədbirlər planı hazırlayır.
- Bankın qüvvədə olan qanunvericilik və Müşahidə Şurası tərəfindən təsdiq edilmiş daxili reqlamentə uyğun fəaliyyət göstərməsinə digər aidiyyəti struktur bölmələri ilə birlikdə nəzarət edir.
- Departamentin işini planlaşdırır və təşkil edir, bankdaxili siyasət və qaydalarda, habelə idarəetmə orqanları tərəfindən departamentə həvalə edilmiş işlərin yerinə yetirilməsini təşkil edir.
- Bankdaxili qaydalara müvafiq olaraq, departamentin fəaliyyəti barədə hesabatlar hazırlayır.
Namizədə tələblər:
- ali iqtisadi, ali hüquqi və ya biznes üzrə təhsil;
- bank və çirkli pulların yuyulması ilə əlaqədar qanunvericilik sahəsində biliklər;
- banklarda risklərin idarə edilməsi sahəsində təcrübə;
- ən azı 5 il bank sahəsində iş təcrübəsi;
- idarəetmə və analitik bacarıqlar, tez və düzgün qərar qəbul etmə qabiliyyəti .
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 24.02.2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Risk departamentinin direktoru) göstərməyiniz xahiş olunur.