Dolların nağdsız alışına limit qoyuldu | Banco.az

Dolların nağdsız alışına limit qoyuldu

Azərbaycanda fəaliyyət göstərən kommersiya  banklarından biri nağdsız şəkildə valyuta alışına limit qoyub. Söhbət "Pasha Bank"dan gedir. 

Bank müştərilərinə internet banking sistemi ilə nağdsız valyuta alışına limit qoyduğunu yayımlayıb. Limit hər istifadəçiyə 50 min dollar və yaxud digər valyutalarda bu məbləğin ekvivalenti məbləğində tətbiq edilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Paşa Bank" son aylarda valyuta satışını tam dayandırıb. 

Mənbə: Fins.az