"Bu ilin ən böyük riski dolların möhkəmlənməsi ilə bağlıdır" | Banco.az

"Bu ilin ən böyük riski dolların möhkəmlənməsi ilə bağlıdır"

Dünya iqtisadiyyatının 2017-ci ildə artım tempinin proqnozları üstələməsi gözlənilir, lakin dolların həddindən artıq möhkəmlənməsi kimi bir sıra qeyri -müəyyənlik gətirən amillər buna əngəl yarada bilər. Bu açıqlamanı Almaniyanın "Allianz" sığorta şirkətinin baş iqtisadi məsləhətçisi Məhəmməd əl-Ərian verib. 

Onun sözlərinə görə, qlobal iqtisadiyyatın artım tempinin 3%-dən aşağı olmasi riskləri var: "İnkişaf etməkdə olan ölkələr son illərdə ABŞ dolları ilə borclandılar. Amma, zaman keçdikcə, onlar bunun sərfəli olmadığını anladılar, ancaq şirkətlər dollarla borclanmağa davam etdilər".

Ən sərfəli kredit üçün müraciət et

Əl-Ərian bildirib ki, ABŞ dollarının məzənnəsinin dalğalanmasında ən böyük risk şirkətlərin maliyyə hesabatlarında disbalansın yaranması ilə bağlıdır: "Əsas maliyyə problemləri buradan yaranır və ortaya bir sual çıxır: Korporativ problemlər dövlət probleminə çevriləcəkmi?"

©Report