Namizədə dair tələblər:
- Ali təhsil (kriminalistika, maliyyə, hüquq, iqtisadiyyat, bank işi, riyaziyyat üzrə);
- Analitik düşüncə qabiliyyəti;
- Detalları görə bilmə qabiliyyəti;
- Təqdimat və yazı bacarığı;
- Yüksək səviyyədə ingilis dili və ya digər xarici dil biliyi;
- MS Office proqramları işə iş qabiliyyəti;
- Məlumat bazaları (proqram təminatı) ilə işləmək qabiliyyəti;
- Məsuliyyətlilik.
İşin təsviri:
- Reqlamentə uyğun olaraq, analitik bazaya daxil olmuş məlumatlarda cinayət əlamətlərinin müəyyən edilməsi məqsədilə onların araşdırılması, təhlili, məntiqi nəticələrin çıxarılması, əsaslandırılmış ehtimalların irəli sürülməsi, müvafiq təhlil hesabatının və sxemlərin hazırlanması;
- Araşdırma və təhlil nəticələrinin hüquq-mühafizə orqanlarına göndərilməsi üçün şübhəli əlamətlərin və irəli sürülmüş ehtimalların dolğun olmasının əsaslandırılması;
- Analitik fəaliyyəti ilə əlaqədar daxil olmuş ölkə-daxili və beynəlxalq sorğulara cavab layihələrinin hazırlanması;
- Analitik fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanları, ölkəmizin digər orqanları və monitorinq subyektləri arasında koordinasiyanın aparılması, əməkdaşlığın stimullaşdırılması;
- Analitik fəaliyyətin, cari olan digər işlərin optimallaşdırılması, habelə ölkədə görülən pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi;
- Müvafiq sahədə monitorinq subyektlərinin və aidiyyət olan dövlət orqanlarının nümayəndələri üçün təşkil olunmuş təlim tədbirlərinin təşkilində iştirak.
Qeyd: Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.
Əlaqə vasitələri:
E – mail : [email protected]