Bank BTB
İcra bölməsinin rəhbəri
Vakansiya haqqında məlumat:
Bank “BTB” ASC Problemli kreditlər departamenti, Təminatsız kreditlərlə iş şöbəsi, İcra bölməsinin rəhbəri vəzifəsinə işə qəbul elan edir.
Təminatsız kreditlərlə iş şöbəsi, İcra bölməsinin rəhbəri
İş barədə məlumat:
- İcra bölməsinin işçiləri arasında iş bölgüsünü təşkil etmək.
- Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının öz səlahiyyətləri daxilində icrasını təmin etmək;
- Aşkar edilmiş əmlaklara tutmanın yönəldilməsi məqsədilə zəruri sənədləri hazırlamaq və icra məmuruna təqdim etmək;
- Aşkar edilmiş əmlakın İcra məmuru tərəfindən götürülməsi, onun satılması və əldə olunmuş vəsaitin Banka köçürülməsində iştirak etmək;
- İpoteka predmetlərinin (dövlət qeydiyyatı aparılan daşınar və daşınmaz əmlakın) qiymətləndirilməsi üçün qiymətləndirmə şirkətlərinə sifarişləri vermək və onlar tərəfindən qiymətləndirilməsi işlərinin həyata keçirilməsində iştirak etmək;
- Birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər:
- ali hüquqi təhsil
- minimum 3 il hüquqi təcrübə
- analitik qabiliyyət
- idarəetmə qabiliyyəti
- səmərəli ünsiyyət qurma bacarığı
- işgüzar ünsiyyət etikası
- komandada işləmə qabiliyyəti
- tədqiqat apara bilmə bacarığı
- kompüterdə iş bacarığı
- yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti
- məsuliyyət
- qanunvericilik və beynəlxalq praktikada qəbul edilən digər bilik, təcrübə və keyfiyyətlərə malik olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına 28 dekabr 2016-cı il tarixinə qədər göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İcra bölməsinin rəhbəri) göstərməyiniz xahiş olunur.