500 manatla özünüzü varlı hiss edə biləcəyiniz 13 ölkə | Banco.az

500 manatla özünüzü varlı hiss edə biləcəyiniz 13 ölkə

Bildiyiniz kimi Beynəlxalq ticarət bir ölkənin pul vahidinin başqa bir ölkənin pul vahidi qarşısındakı dəyəri vasitəsilə həyata keçirilir. Maliyyə bazarlarında investorlar bu dəyərlərdə görülən artım və ya azalma vasitəsilə əməliyyatlarını həyata keçirir və pul qazanır. 

Ölkələrin pul vahidlərinin dəyərlərini müqayisə etdikdə bəzən böyük fərqlər görülə bilərik. Məsələn 500 manat ilə Amerikada böyük məbləğ sayılmazkən, Hindistanda bu məbləğ təxminən 19 min 903 rupiyə bərabərdir. Məhz bu fərqliliklərə görə getdiyiniz ölkənin pul vahidinin dəyəri çox zəifdirsə sizə özünü varlı hiss etdirə bilər.

Banco.az sizlərə sadəcə 500 manatla özünüzü varlı hiss edə biləcəyiniz 13 ölkəni təqdim edir.

1. Əfqanıstan pul vahidi – ƏFQANİ

500 AZN – 19.483 AFN

Əfqanıstanın rəsmi pul vahidi Əfqanidir və “Da Afghanistan Bank” tərəfindən çap olunur. Ölkə mis ehtiyatı baxımından çox zəngindir. Quru səhti ilə əhatə olunmuş Əfqanıstanın iqtisadiyyatı kənd təsərrüfatı və heyvandarlığa bağlıdır. Əhalinin 80%-i kənd təsərrüfatı ilə məşğul olur. Sənayesi  kiçik ölçülü tekstil, mebel, ayaqqabı, sement istehsalından ibarətdir. Xaş-xaş, meyvə, qoz-fındıq, toxumaçılıq, yun, pambıq, dəri, qiymətli daş və ləl-cəvahirat ixracatı ilə məşğuldur. Müqayisə üçün deyə bilərik ki, Əfqanıstanda 125 qr. ağ çörək təxminən 7 qəpiyə bərabərdir.

2. Anqola pul vahidi – KVANZA

500 AZN – 48.292 AOA

Afrika qitəsinin cənub-qərb hissəsində yerləşən Anqolanın rəsmi pul vahidi Kvanzadır. Güclü iqtisadiyyat kimi qəbul edilməsinə baxmayaraq, əhalisinin çoxu aclıq şəraitində yaşayır. Ölkə iqtisadiyyatı hələ də vətəndaş müharibəsinin təsirlərini öz üzərində daşıyır. Əhalisinin böyük bir qismi işsizdir və yarısından çoxu aclıq çəkir. Anqolada 125 qram ağ çörəyin qiyməti təxminən 10 qəpikdir.

3. Albaniya – LEK

500 AZN – 36.790 ALL

Albaniyanın rəsmi pul vahidi Lekdir və Albaniya Bankı tərəfindən çap olunur. Albaniya orta inkişaf etmiş iqtisadiyyata sahibdir. Ölkə iqtisadiyyatına xidmət sektoru hakimdir. Albaniya iqtisadiyyatının böyüməsi, beynəlxalq pul təşkilatlarının yardımlarına, tikinti sektoruna və xarici ölkələrdə yaşayan albanların göndərmiş olduğu pullara əsaslanır. Əhalinin üçdə biri kənd təsərrüfatında çalışır. 2008-ci il Dünya Bankının hesabatına görə əhalinin 12,4%-i yoxsuldur. Burada 125 qram ağ çörəyin qiyməti təxminən 20 qəpikdir.

4. Banqladeş - BANQLADEŞ TAKASI

500 AZN – 22.667 BDT

Banqladeşin pul vahidi Takadır və iqtisadiyyatı əkinçiliyə söykənir. Başlıca əkinçilik məhsulları isə düyü  və çaydır. Bu sahədə, Çin və Hindistandan sonra üçüncü dünya ölkəsidir. 10 milyon hektar əkin sahələri vardır və bu sahələrin 80%-i düyü istehsalı üçün istifadə olunur. Son illərdə tekstil sektorunda da maraq qazanmışdır və dünya tərəfindən məşhur tekstil firmaları buraya gəlməyə başlamışdır. Firmalar burada işçi qüvvəsindən faydalanır və çox ucuza istədiyi keyfiyyətdə hazır geyim məhsulu istehsal edə bilir. Bir çox Avropa firmaları Banqladeşə bu məqsədlə gəlir. Banqladeşdə 125 qram ağ çörəyin qiyməti təxminən 20 qəpikdir.

5. Butan – BUTAN NGULTRUMU

500 AZN - 19 942 BTN

Butanın rəsmi pul vahidi Ngultrumdur və 1974-ci ildən bəri istifadə edilir. 1949-ci ilin avqust ayında müstəqilliyini qazanan Butanın xarici əlaqələri Hindistan tərəfindən həyata keçirilir. Əhalinin böyük bir əksəriyyəti əkinçilik və heyvandarlıqla məşğul olur. Bununla bərabər Buddist inanclarını və həyat formalarını qoruya bilmək üçün texnoloji inkişafa qarşı özünü bağlamış bir ölkədir. Butanda 125 qram ağ çörəyin qiyməti təxminən 15 qəpikdir.

6. Burundi – BRUNDİ FRANKI

500 AZN – 484.840 AZN

Ən sərfəli kredit üçün müraciət et

Burundidə istifadə olunan rəsmi pul vahidi Burundi Frankıdır. Ölkə iqtisadiyyatının ən əhəmiyyətli hissəsi əkinçilikdir. Əhalinin təxminən 85%-i əkinçiliklə məşğul olur. Əkinçilikdə əsas istehsal istiqaməti qəhvə, banan, misir, şirin kartof yönündədir. İxracatının ən əhəmiyyətli məhsulları isə qəhvə, şəkər, çay, pambıq və dəridir. Burundidə 125 qram ağ çörəyin qiyməti təxminən 45 qəpikdir.

7. Əlcəzair - ƏLCƏZAİR DİNARI

500 AZN – 32.315 DZD

Afrikanın sahə olaraq ən böyük ölkəsi Əlcəzairdir. Pul vahidi, Əlcəzair dinarıdır və Əlcəzair Bankı tərəfindən çap olunur. Afrika qitəsinin ən zəngin ölkələrindən biridir. Ölkədə təbii qaz və neft istehsalı və ixracatı həyata keçirilir. Ölkənin cənubunda uran və sink yataqları vardır. Əlcəzairin yerli xalq üçün həyatın bahalı olduğu; amma turistlər üçün çox uyğun olduğu söylənilir. Ölkədə çörəyin qiyməti 5 qəpikdir.

8. Cibuti - CİBUTİ FRANKI

500 AZN – 52.021 DJF

Şərqi Afrikada kiçik bir ölkə olan Cibutinin geostrateji mövqeyi olduqcaq yaxşıdır. Ölkə Babəl-Məndəb boğazına açılır. Azadlığını elan etdikdən sonra, Fransanın dünyadakı ən böyük hərbi bazasını və 2002-ci ildən bəri çox əhəmiyyətli Amerika hərbi bazasını saxlamaqdadır. Cibutinin ən əhəmiyyətli iş ortağı Fransadır. Bununla bərabər Çinin də marağını çəkən bir ölkədir. Cibutidə 125 qram ağ çörəyin qiyməti təxminən 5 qəpikdir.

9. Konqo Demokratik Respublikası - DOMİNİK PESOSU

500 AZN – 13.441 DOP

Beynəlxalq bazarlarda DOP koduyla tanınan Dominik pesosu, Dominikan Respublikasının rəsmi pul vahididir. Dominikan Respublikası Mərkəzi Bankı tərəfindən çap edilir. Dominikan Respublikası iqtisadiyyatının ən əhəmiyyətli qaynağı turizmdir. Dominikan Respublikasında 125 qram ağ çörəyin qiyməti təxminən 45 qəpikdir.

10. İndoneziya - İNDONEZİYA RUPİSİ

500 AZN – 19.903 INR

Cənub-Şərqi Asiya və Okeaniyada yerləşir. İndoneziyanın rəsmi pul vahidi İndoneziya Rupisidir və Bank Indonesia tərəfindən çap olunur. Cənub-Şərqi Asiyanın ən böyük iqtisadiyyatlarından biridir. Bitki müxtəlifliyi olduqca yüksəkdir. İndoneziyada 125 qram ağ çörəyin qiyməti təxminən 29 qəpikdir.

11. Ermənistan – DRAM

500 AZN – 140.194 AMD

Ermənistanın rəsmi pul vahidi Dramdır və Ermənistan Mərkəzi Bankı tərəfindən tədavülə girmişdir. İlk dram 22 noyabr 1993-ci ildə çap edilmişdir və o günə qədər rubl istifadə edilmişdir. Ermənistanda 125 qram ağ çörəyin qiyməti təxminən 17 qəpikdir.

12. Qvineya Respublikası – QVİNEYA FRANKI

500 AZN – 2.647.580 GNF

Qvineya Respublikası, Afrika qitəsinin qərbində yerləşən bir ölkədir. Pul vahidi Qvineya Frankıdır və Qvineya Respublikası Mərkəzi Bankı tərəfindən çap edilir. Əkinçiliyə uyğun torpaqların olmasına baxmayaraq, funksional bir mövqeyi yoxdur. Qvineya Respublikasında 125 qram ağ çörəyin qiyməti təxminən 9 qəpikdir.

13. Hindistan – RUPİ

500 AZN – 19.903 INR

Hindistan Cənubi Asiya ölkələrindəndir. Həmçinin əhalisinə görə dünyanın 2-ci böyük ölkəsidir. Etdiyi yeniliklərlə dünyanın ən sürətli böyüyən iqtisadiyyatlarından biri olmuşdur. Bununla bərabər ölkə vətəndaşlarının yoxsulluğu yüksək, savadlılıq isə çox aşağıdır. Hindistanda 125 qram ağ çörəyin qiyməti təxminən 15 qəpikdir.